Maliyyə Böhranı

dövlət maliyyə, pul sisteminin ciddi pozulmasıdır, o özünü büdcə gəlirlərinin onun xərclərinə kəskin uyğunsuzluğunda, milli pul vahidinin valyuta məzənnəsinin qeyri-sabitliyində və düşməsində, iqtisadi subyektlərin qarşılıqlı ödəmələrinin pozulmasında, qiymətli kağızların məzənnələrinin sabitsizliyində, baş verən inflyasiyalarda, tədavüldə olan pul kütləsinin pul tədavülü qanununun tələblərinə uyğun olmamasında göstərir.
Maliyyə Borcları
Maliyyə Brokeri
OBASTAN VİKİ
Dünya maliyyə böhranı (2008-2012)
Dünya maliyyə böhranı (2008-2012) — 2008-ci ilin sentyabr-oktyabrında yaranmış ümumdünya maliyyə-iqtisadi böhranı. Özünü dünyanın bir çox iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin iqtisadi göstəricilərində büruzə verdi, sonradan qlobal formaya keçdi.
Maliyyə
Maliyyə biznes maliyyəsi, fərdi maliyyə və ictimai maliyyəni əhatə edir. Maliyyəyə pul yığımı və adətən, pulun borc verilməsi də daxildir. Əsasən, zaman, pul və risk anlayışları və onların bir-biri ilə əlaqəsi ilə məşğuldur. Eyni zamanda, pulun xərclənməsi və büdcənin hazırlanması ilə də məşğuldur. Maliyyə prosesi, əsasən, fiziki və hüquqi şəxslərin banka əmanət yerləşdirməsi vasitəsilə işləyir. Bank pulu digər fiziki və hüquqi şəxslərə istehlak və ya investisiya məqsədilə kredit olaraq verir və onlardan faiz tələb edir. Kreditlər, son vaxtlarda artan sürətlə, yenidən satış üçün paketlənir, yəni investor krediti (borcu) ya bankdan, ya da birbaşa şirkətdən alır. İstiqraz vərəqləri şirkətlər tərəfindən investorlara birbaşa satılan borcdur, bu zaman investor faiz əldə edir və ya istiqraz vərəqini təkrar bazarda satır. Bank sektoru kredit təmin etməklə fondlaşmanın əsas vasitəçisi rolunda çıxış edir. Ancaq, şəxsi sərmayə, birgə fond, (mutual fund), qorunma fondları (hedge fund) və digər qurumlar müxtəlif istiqraz vərəqlərinə investisiya etməklə əhəmiyyət qazanmışlar.
And böhranı
And böhranı — Birinci dünya müharibəsinin sonlarına yaxın Almaniya İmperiya Ordusu ilə Yozef Pilsudski rəhbərliyindəki Polşa ordu birləşmələri arasında yaşanan siyasi qarşıdurma. Birinci dünya müharibəsinin əvvəllərində Üçlər ittifaqı tərəfindən Rusiyaya qarşı döyüşən Pilsudski, Rusiya İmperiyası və Üçlər ittifaqından Almaniya və Avstriya-Macarıstanın müharibənin sonlarında məğlub olacağını ümid edirdi. Buna baxmayaraq, 1917-ci ildə Rusiyanın məğlubiyyətindən sonra Üçlər ittifaqının Polşanın müstəqilliyinə zəmanət verəcək mövqedə olmadığı məlum oldu. 5 noyabr 1916-cı ildə qəbul olunan qanun və Polşa krallığının yaradılmasına baxmayaraq, yeni yaradılan dövlətin Orta Avropa planının bir parçası olan kukla dövlətdən o yana keçə bilməyəcəyi aşkar idi. Bu məqamda Pilsudski Antanta ölkələrinin, xüsusilə də İngiltərə və Fransanın dəstəyini qazana bilmək üçün tərəf dəyişdirməyə qərar verdi. Polşa Legionundan 1917-ci ilin iyul ayında Almaniya İmperatoru II Vilhelmə bağlılıq və itaət göstərməsi istənildiyi zaman bunun üçün bəhanə ortaya çıxmış oldu. Pilsudskinin razı saldığı Polşa Legionunun 1 və 3-cü briqadalarının əsgərləri and içməkdən imtina etdilər. Hadisənin nəticəsində legiona bağlı birliklər dağıdıldı. Avstriya-Macarıstan öz vətəndaşı olan 3000 nəfəri öz ordusuna cəlb elədi. Birliklərin bir hissəsi zorla Polşa Krallıq Ordusununnın tərkibinə verildi.
Azərbaycan böhranı
1946-cı il İran böhranı və ya Azərbaycan böhranı — İkinci Dünya Müharibəsinin bitməsindən dərhal sonra İran ərazisinin işğalının dəyandırılması bəyanatlarına baxmayaraq Sovet İttifaqı tərəfindən başladılmış böhran. İranın işğalı 1941-ci ildə Sovet ordusu tərəfindən şimaldan və Britaniya ordusu tərəfindən mərkəz və cənub hissədən başladılmışdır. İran müharibə dövründə amerikalılar və britaniyalılar tərəfindən Sovet İttifaqının mübarizə apardığı müharibə ilə əlaqədar mühüm ləvazimatların təchizatı üçün daşıma yolu kimi istifadə olunurdu. 1941-ci ilin avqustunda Amerika Birləşmiş Ştatları bu məsələdə neytral mövqedə dəyanırdı və İkinci Dünya Müharibəsinə döyüşən tərəf kimi hələki qoşulmamışdır. Buna görə də müttəfiqlər kimi tanınan blok prinsip olaraq (Polşa və Fransanın 1939–1940-cı illərdə alman ordusu tərəfindən işğalına müvafiq olaraq) Birləşmiş Krallıq və Sovet İttifaqından ibarət idi. Blok 1941-ci ilin iyun ayında SSRİ-nin qərb ərazilərinin almanlar tərəfindən işğalına cavab olaraq yaradılmışdır. İranın işğalı sonrasında müttəfiqlər qarşıdakı 6 ay ərzində bir-birləri ilə müvcud olan düşmənçiliklərinə son verəcəkləriylə bağlı razılığa gəldilər. Amma 1946-cı ildə bu razılaşmanın bitməsinə az qalmış İosif Stalinin rəhbərliyi altında sovet ordusu İranda qaldı və onun İrandakı tərəfdarları Azərbaycan Milli Hökumətini yaratdı. 1945-ci ilin sonlarında Azərbaycan Milli Hökumətinin ardınca Mahabad Cümhuriyyəti yarandı. Tezliklə kürd və Azərbaycan Hökuməti qüvvələri birlikdə Sovet İttifaqı tərəfindən dəstək alaraq hərbi təlimlərə başladı.
Berlin böhranı
Berlin böhranı (Berlinin blokadası) — SSRİ tərəfindən 1948–1949-cu illərdə Berlinin blokadaya alınması ilə yaranmış və Birinci Berlin böhranı kimi tanınan siyasi gərginlik. Berlin böhranı Soyuq müharibə dövrününü ilk gərginliyi kimi qəbul edilir. == Böhran ərəfəsi == İkinci Dünya Müharibəsinin sonlarına yaxın Almaniyanın gələcəyi ilə bağlı ABŞ, SSRİ və Böyük Britaniya rəhbərliyi 12 sentyabr 1944-cü ildə Londonda imzaladıqları protokol əsasında Almaniyanın gələcəyini aşağıdakı kimi müəyyən etdilər: "Almaniya ərazisi 1 yanvar 1937-ci il sərhədləri çərçivəsində üç işğal zonasına ayrılmalı, Berlin ərazisi isə xüsusi status əsasında müttəfiqlərin işğal zonalarına bölünməlidir". 1945-ci il Yalta konfransının qərarlarına görə Almaniya Böyük Britaniya, ABŞ və SSRİ arasında işğal zonalarına bölünməsi ilə bağlı razılaşma əldə olunur. Bunula yanaşı qərb dövlətlərinin işğal zonaları hesabına Fransanın da bölgüdə iştirakına imkan yaradıldı. Buna əsasən 1945-ci ilin 8 mayında Almaniyanın təslim olma haqqında sazişi imzalamasından sonra Berlin şəhəri də dörd işğal zonasına bölünmüşdü. Soyuq müharibəsnin başlanmasından sonra qərb dövlətləri kommunizm təhlükəsinə qarşı Qərbi Almaniyanın iqtisadi cəhətdən ayaqda saxlamaq qərarına gəldilər. 1 yanvar 1947-ci ildə ABŞ və B. Britaniya, bir müddət sonra isə Fransa sovetlərin razılığı olmadan öz işğal zonalarını iqtisadi cəhətdən birləşdirdilər. Birtərəfli razılaşmalara etiraz olaraq 20 mart 1948-ci ildə SSRİ Nəzarət Şurasını tərk etdi. Bununla da dördtərəfli idarəçilik sisteminə son qoyuldu.
Bosniya böhranı
Bosniya böhranı — 8 oktyabr 1908-ci ildə Avstriya-Macarıstan imperiyasının rəsmi olaraq Bosniya-Herseqovinanı ilhaq etməsilə meydana çıxan beynəlxalq böhrandır. Bəhs edilən dövrdə Bosniya-Herseqovina ərazisi Osmanlı imperiyası tabeliyində idi. 1908-ci ilin oktyabrın 3-də Avstriya-Macarıstanın Parisdəki səfiri Fransanın prezidentinə məktub göndərdi. Məktubda deyilirdi ki, Avstriya-Macarıstan Bosniyanı ilhaq etməyə hazırlaşır və Rusiya, Almaniya və İtaliya Bosniyanın ilhaqına etiraz etmir. 1908-ci ilin oktyabrın 5-də Avstriya-Macarıstanın imperatoru Bosniyanın ilhaq edilməsi haqqında fərman imzaladı. Oktaybrın 6-da Avstriya-Macarıstan hökuməti qismən səfərbərlik elan etdi. Almaniya Avstriyanın hərəkətinə etiraz etmədi. İtaliya isə Avstriya-Macarıstana narazılığını bildirdi. Fransa hökuməti bildirdi ki, Avstriya-Macarıstanın Bosniyanı ilhaq etmək haqqında qərarına hörmətlə yanaşır. == Dövlətlərin münasibəti == === Fransa === Fransa çalışırdı ki, Almaniya Mərakeş məsələsində ona güzəşt etsin.1908-ci il oktyabrın 8-də Rusiya hökuməti bildirdi ki, Avstriya-Macarıstanın aksiyası Berlin müqaviləsinə ziddir və həmin müqaviləni imzalamış dövlətlərin iştirakı ilə müzakirə edilməlidir.
Enerji böhranı
Enerji böhranı enerji qaynaqlarının tərkibində yaranan darboğaz və ya qiymət artımı sonra ortaya çıxan vəziyyətə verilən addır. Məşhur ədəbiyyatda xüsusilə elektrik şəbəkələrində və avtomobillər üçün yanacaq tədarükü çətinliyi üçün istifadə olunur. Son illərdə sənaye inkişaf və əhali artımıyla birlikdə enerji üçün qlobal tələb böyük bir artım göstərmişdir. Dünyanın ehtiyaclarını qarşılayacaq miqdarda kifayət qədər enerji olacaq mı?McKinsey Qlobal İnstitutu, günümüzdən 2020-ci ilə qədər inkişaf etmiş ölkələrin tələbinin dünya enerji tələbinin haradasa 80-%ini meydana gətirəcəyini, bu tələbin 32-%nin Çindən, 10-%sə Orta Şərqdən qaynaqlanacağını nəzərdə tutur. MİT-in (Massachusetts Institute of Technology) etdiyi bir araşdırma, dünya səviyyəsində enerji tələbinin 2050-ci ilə qədər günümüzdəkilərin üç qatına çıxa biləcəyini təxmin etməkdədir. İlk neft böhranı, 1973–74də meydana gəldi. 1973 Ərəb-İsrail müharibəsi, neft çıxaran bir neçə ərəb ölkəsinin ABŞ və İsrail ilə ittifaqlıq edən ölkələrə neft nəqlini durdurmasına səbəb oldu. Sənayeləşmiş ölkələr: Daha yüksək neft qiymətləri aşağı nisbətli iqtisadi böyüməyə, daha yüksək bir inflyasiya nisbətinə, böyük ticarət açıqlarına və işsizliyin artmasına səbəb oldu. Bunlar, milli barışığı poza bilər və siyasi sistemin sabitlik və hökumətini baltalayabilər. İnkişaf etməkdə olan dünya: İnkişaf etməkdə olan ölkələrdə idxal edilən neftin qiyməti də artdı və bu vəziyyət bəzilərinin ehtiyac duyduqları neftin ödənişini ödəyə bilmək üçün nəhəng borclar altına girməsinə səbəb oldu.
Həbəşistan böhranı
Həbəşistan böhranı — 23 noyabr və 5 dekabr 1934-cü il tarixlərində İtaliya krallığının Efiopiyaya, Ual-Ual vahasına hücumu və ekspansionist istəkləri nəticəsində yaranmış beynəlxalq böhran. Bu, 1933–1939-cu illərdə Britaniya imperiyası və Üçüncü Fransa Respublikası hökumətləri tərəfindən aparılan sakitləşdirmə siyasətinin mərhələsi idi. Avropanın silahlanma yarışı kontekstində böhran Millətlər İttifaqının beynəlxalq münasibətlərin tənzimlənməsi aləti kimi uğursuzluğunu nümayiş etdirmişdi. Böhranın apogey nöqtəsi İkinci İtaliya–Efiopiya müharibəsinin başlanğıcı olmuşdur. Böhran Hitlerə vaxtından bir il əvvəl Reyn vilayətini remilitarizasiya etməyə imkan vermişdir. İtaliyanın izolyasiya olunması onun Almaniyaya yaxınlaşmağına təkan vermiş, bunun nəticəsində 1936-cı ilin oktyabrında Berlin-Roma oxu qurulmuşdur. Beləliklə, Benito Mussolini hökuməti bufer dövlət olan Avstriyanın müstəqilliyinə marağını tamamilə itirmiş və bu, 1938-ci ilin martında onun Anşlussuna səbəb olmuşdur. Корунова Е. В. Деятельность Швеции в Лиге Наций в 30-е годы // Вестник Московского университета. Серия 8. История (rus).
Karib böhranı
Karib böhranı və ya digər adı ilə Kuba raket böhranı — SSRİ ilə ABŞ arasında ABŞ-yə məxsus ballistik raketlərin İtaliya və Türkiyədə yerləşdirilməsi, həmçinin buna cavab olaraq Sovet raketlərinin Kubada yerləşdirilməsi nəticəsində 16–28 oktyabr 1962-ci il tarixləri aralığında meydana gələn gərginlikdir. Bu qarşıdurma Soyuq müharibə ərzində genişmiqyaslı nüvə müharibəsinin başlamasına yol açacaq ən yaxın münaqişə olaraq da tanınır. Kubalılar bu böhranı "oktyabr böhranı" adlandırırlar (SSRİ-də baş verən oktyabr inqilabı ilə eyniləşdirmək istəyi olaraq). ABŞ-də "Kuba raket böhranı" (ing. Cuban missile crisis) terminindən istifadə olunur. Soyuq müharibə dövrü çəkişmələrin kifayət qədər qızdığı və bir mənada yer üzünün nüvə fəlakətindən döndüyü Karib böhranı, şübhəsiz dünya siyasi tarixinin yaxın dövrdə baş verən vacib hadisələrindən biridir. Manhatan layihəsi ilə dünyada ilk dəfə nüvə silahını istehsal edən ABŞ, bu silahı Yaponiyada 2 dəfə sınamaqdan çəkinməmiş və böyük bir faciəyə yol açmışdır. 1945-ci il avqustun 6-da Hiroşimaya, avqustun 9-da Naqasakiyə atılan bombaların nəticəsində 250.000 insan həyatını itirmiş, bu bölgələrdəki təsirləri on illər boyunca silinməyəcək kimyəvi-bioloji zərərlər buraxmışdır. ABŞ-nin atom bombası riskinin gözə almasının əsl səbəbləri Yaponiyanın işğalını asanlaşdırmaq və o vaxtlarda Yaponiyaya hələ də müharibə etməmiş olan Sovet Birliyinə bu dəhşətli silahla dünya liderliyinin onda olduğu mesajını vermək istəməsi idi. Müharibənin sonrasında Sovet Birliyinin nüvə silahı və atom bombalarının dünya səviyyəsində yox edilməsi mövzusunda verdiyi təklif ABŞ tərəfindən rədd edilmiş və bu səbəblə Sovet Birliyi də öz təhlükəsizlik strategiyasını inkişaf etdirərək nüvə proqramını 4 il içərsində uğurla sınamağa başlamışdır.
Katalan böhranı
Katalan böhranı kimi də bilinən 2017-2018 İspaniya Konstitusiya böhranı — İspan mərkəzi hökuməti və Katalan regional hökuməti arasında mövcud olan siyasi qarşıdurma. Katalan müstəqilliyinin dəstəklənmənin artmasının səbəbi İspaniya Konstitusiya Məhkəməsinin 2010-cu ildəki qərarı ilə əlaqədərdir. Belə ki, bu qərarla 2006-cı ildə regional hökumətə verilmiş bir sıra səlahiyyətlər ləğv edilmişdir. Müstəqillik tərəfdarlarının artması 2015-ci ildəki regional seçkilərdə Katalan Parlamanetində müstəqillik tərəfdarı olan partiyaların çoxluq əldə etməsi ilə nəticələndi və Karles Puçdemon Kataloniyanın Prezidenti seçildi. Yeni Prezident Kataloniyanın müstəqilliyi ilə əlaqədar referendum keçirməyi və nəticələrinin qəti olacağını vəd edirdi. 2017-ci ilin iyul ayında referendumun həmin ilin oktyabr ayının 1-ində keçiriləcəyi elan edildi. İspan hökuməti belə bir referendumun ölkənin Konstitusiyasına zidd olduğunu bildirərək nəticələri tanımayacağını bildirdi. Senytabr ayında Katalan Parlamenti “Kataloniyanın öz müqəddəratını təyin etmə referendumu haqqında” qanun qəbul etdi. Buna cavab olaraq İspaniya Baş Naziri - Mariano Raxoy Konstitusiya Məhkəməsinə qanunun ləğv olunması məqsədi ilə müraciət etdi. Konstitusiya Məhkəməsi müstəqillik barəsində olan qanun və referendumu ləğv etsə də, Katalan hökuməti nə ispan mərkəzi hakimiyyətinin nə də ki məhkəmələrin qərarlarını icra etməyəcəyini bəyan etdi.
Kipr böhranı
Kipr böhranı və ya Kipr problemi (türk. Kıbrıs sorunu, ing. Cyprus conflict) — Kipr adasında yaşayan yunanlar və türklər arasında ərazi məslələrinə görə tarixən mövcud olmuş və hazırda da davam edən münaqişə. Sürix və London müqaviləsi 11 fevral 1959-cu ildə Böyük Britaniya, Türkiyə, Yunanıstan dövlətləri, Kiprdəki yunan və türk cəmiyyətləri arasında imzalanan, müstəqil bir dövlət olaraq Kipr xalqlarının vəziyyətini təyin edən və Kipr Respublikasının konstitusiyasını təsdiqləyən andlaşmadır. Yunan tərəfini Baş yepiskop Makarios, türk tərəfini isə Fazıl Kiçik təmsil etməkdə idi. 19 fevral 1959-cu ildə London müqaviləsi ilə Kipr Respublikasının müstəqil bir dövlət olaraq 16 avqust 1960-cı ildə qurulması təmin edilmiş oldu. Bu müqaviləyə uyğun olaraq qurulacaq olan Kipr Respublikasının konstitusiyasının adadakı hər iki cəmiyyətin haqqlarını qoruyacaq şəkildə hazırlanması qəbul edilirdi. Birinci maddə uyğun olaraq adada Prezidentlik sistemi qurulacağı nəzərdə tutulurdu, ancaq yunan prezident yunan icması tərəfindən, türk vitse-prezident isə türk icması tərəfindən seçiləcəkdi. Beşinci maddə uyğun olaraq isə Nazirlər Şurasını 7 yunan və 3 türk olmaq üzrə 10 nazirdən meydana gələcəkdi və cəmiyyətlərin tək tərəfli qərarlar çıxarmalarına maneə olunması məqsədi ilə gərək Nümayəndələr Məclisi tərəfindən çıxarılacaq qanunlar gərəksə nazirlər kabineti qərarları yunan prezident və ya türk vitse-prezident tərəfindən veto edilə biləcəkdi. Altıncı maddə uyğun olaraq Yüksək Konstitusiya Məhkəməsi bir Yunan, bir türk və bir tərəfsiz hakimdən meydana gələcəkdi.
Lüksemburq böhranı
Lüksemburq böhranı(alm. Luxemburgkrise‎, nid. Luxemburgse kwestie) — 1866-1867-ci illərdə Fransa ilə Prussiya krallığı arasındakı Lüksemburq Böyük Hersoqluğunun statusunun təyin olunması üstündə münaqişə. Lüksemburq şəxsi miras olaraq Niderland kralı, Оran-Nassaus sülalə evinin nümayəndəsi III Vilhelmə məxsus idi. Eyni zamanda, 1866-cı ilin iyununa qədər Lüksemburq Limburq ilə birlikdə Almaniya ittifaqının üzvü sayılırdı(17 iyun 1866-cı ildə Avstriya-Prussiya müharibəsinin başlanmasına qədər). Burada Prussiya qarnizonu yerləşir və o federal qala olaraq tanınırdı. Planını məşhur mühəndis Sebastyen Vaubanın hazırladığı Lüksemburq şəhəri Avropada ən qüdrətli müdafiə istehkamına malik idi. Bu güclü istehkamlar səbəbbindən onu "Şimalın Cəbəlütarixi" adlandırırdılar. 1815-ci ildə Vyana konqresi Lüksemburq Böyük Hersoqluğunun Hollandiya Krallığı ilə fərdi birlikdə olmasına qərar verdi. Prussiyaya güzəştə gedən konqres Lüksemburqun Alman ittifaqına daxil edilməsinə və burada bir neçə min Prussiya əsgərinin yerləşməsinə dair qərar da qəbul etdi.
Sputnik böhranı
Sputnik böhranı (ing. Sputnik Crisis, rus. Спутниковый кризис) — 1957-ci il 4 oktyabrda Sovet İttifaqının kosmosa atdığı Sputnik süni peykindən sonra ABŞ və SSRİ arasında baş verən böhran. Kosmik yarış bu böhranla başlamışdır. 1950-ci illərin əvvəlində həm ABŞ, həm də SSRİ kosmosa ilk süni peyki buraxmaq üçün bir-biri ilə yarışa girmişdilər. İki dövlətin uğursuz sınaqlarından sonra heç gözlənilməz bir zamanda SSRİ, bir basketbol topu böyüklüyündə 85 kq ağırlığında olan Sputnik-1 peykini orbitə qaldırıldığını açıqladı. Bu ABŞ üçün tam olaraq şok oldu. Bu hadisə həm kosmos texnologiyası yarışında geridə qalmaq demək idi, həm də daha vacib olanı, bu sınağı müvəffəqiyyətlə həyata keçirən Sovetlərin nüvə silahını ABŞ üzərinə göndərəcəyi paranoyası bütün amerikalıları təşvişə salan məsələyə çevrilmişdi. Bundan dərhal sonra, ABŞ bir sıra atışı daha sınaqdan keçirdi, ancaq heç birində müvəffəqiyyət qazanmadı. Sovetlər, 1957-ci il 3 noyabrda tarixində isə kosmosa gedən ilk canlı olan Layka adlı iti daşıyan Sputnik-2 peykini də uğurla atdı.
Süveyş böhranı
Süveyş böhranı (Süveyş muharibəsi, Sinay muharibəsi, ikinci İsrail-ərəb muharibəsi; ivr. ‏מבצע קדש‏‎) — 1956-cı il oktyabrından 1957-ci ilin martınadək baş verən beynəlxalq münaqişə. Səbəb Süveyş kanalının adminstrasiyasının səlahiyyətlərinin ilə bağlı fikir ayrılığı idi. Ziddiyyətlərin kəskinləşməsi Böyük Britaniya, Fransa və İsrailin Misir əleyhinə hərbi əməliyyatlarının başlanması ilə nəticələndi. Münaqişə SSRİ, ABŞ və BMT-nin səyləri nəricəsində dayandı. Tərəflər öz əvvəlki mövqelərinə qayıtsalar da, hərbi məğlubiyyətə uğrayan tərəf Misir oldu. Arnstein, Walter L. Britain Yesterday and Today: 1830 to the Present. Boston: Houghton Mifflin. 2001. ISBN 978-061800-104-0.
İyun böhranı
İyun böhranı — Nuru paşanın Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasına və hökumətinə etimadsızlığı ilə bağlı 1918-ci il iyunun 16-17-də yaranmış siyasi böhran. Azərbaycan istiqlalı üçün son dərəcə təhlükəli olan bir dövrdə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti və Milli Şura 1918-ci il iyunun 16-də Tiflisdən Gəncəyə köçdülər. Onların Azərbaycan hüdudlarına daxil olduqları zaman qarşılaşdıqları ilk ciddi məsələ bolşevik-daşnak qüvvələrinin Cənubi Qafqazın müsəlman olan əhalisinə qarşı həyata keçirdikləri soyqırımlarına son qoymaq üçün Osmanlı dövləti tərəfindən göndərilən Qafqaz İslam Ordusunun komandanı təyin edilmiş Nuru paşanın və onun ətrafındakı qüvvələrin Milli Şuraya və Hökumətə soyuq və inamsız münasibəti oldu. Nuru paşanın bu mövqeyi Azərbaycana gəldiyi ilk günlərdə milli hökumətə hörmət və etimadla yanaşacağı, daxili siyasi proseslərə müdaxilə etməyəcəyi barədə verdiyi bəyanata tam əks idi. Belə bir vəziyyət Azərbaycan istiqlalı üçün ciddi təhlükə yaradırdı. Gərginliyin dərinləşməsinə Nuru paşanı əhatə edən, ona güclü təsir göstərən "rus çinovniklərinin qapısında baş əyən qara qəlbli, xəbis adamlar"ın (R.Vəkiləv) "xidmətləri" mühüm rol oynamışdı. Özünün də etiraf etdiyi kimi, siyasətçi olmayan Nuru paşanın Azərbaycan hakimiyyətinə qarşı tutduğu bu sərt mövqe Azərbaycanın daxili və xarici vəziyyətinin çox mürəkkəb olduğu bir durumda bildirilmişdi. Bakıda sovet hakimiyyəti pərdəsi altında fəaliyyət göstərən daşnak rejimi Osmanlı dövlətinin Qafqaz xalqları üçün ciddi təhlükə doğurduğu, Osmanlı işğalının ağır nəticələrinin bütün xalqlar üçün faciəli sonluqla bitəcəyi, yalnız "Sovet hakimiyyəti"nin xalqlara "xoşbəxt gələcək" bəxş edəcəyi və bu kimi cəfəngiyatlarla dolu təbliğat apardığı bir şəraitdə Nuru paşanın Azərbaycan istiqlalına münasibəti onun siyasi proseslərə düzgün qiymət verə bilməməsi ilə bağlı idi. Nuru paşanı əhatə edən İlhaqçılar Azərbaycanın yeganə xilas yolunu Osmanlı imperiyası hüdudları daxilində mövcudluqda görürdülər. Onlar Nuru paşanı Milli Şura hökumətinin guya Rusiyapərəst və inqilabi hakimiyyət olmasına, anarxiyaya və xaosa gətirib çıxaracağına inandıra bilmişdilər.
Şəxsiyyət böhranı
ən psixoloq görə, yeniyetməlik böhran ruh fəlsəfəsi ortaya haqlı. Bu dövrdə hər bir fəaliyyət tərəddüd bir çox müşayiət ki, vəba fəaliyyəti şübhə edir. şəxsiyyət böhranı izah Erickson o həlledici olduğunu söylədi şəxsiyyətin formalaşması. son illərdə böhran vəziyyətdən çıxış yolu tapmaq problem psixologiya əhəmiyyəti lider mövqeyə gəldi. Alimlər yalnız səbəbləri və depressiya qarşısını almaq üçün, həm də həyat şəxsi vəziyyəti köklü dəyişiklik şəxs hazırlamaq yollarını inkişaf yolları üçün axtarış ilə məşğul deyil. stress, onun fikir belə azad səbəb hallar asılı olaraq: böhranın inkişafı - bu inkişaf bir tam dövrü növbəti keçid ilə bağlı çətinliklər var.Travmatik böhran qəfil hadisələr və ya xəstəlik və ya zədə ilə fiziki sağlamlıq itirməsi nəticəsində gərgin nəticəsində yarana bilər.zərər və ya ayrılması böhran - özünü və ya bir sevilən bir ölümündən sonra, və ya məcburi ayrılması vəzifə at. Bu növ çox sabitdir və bir çox illər davam edə bilər. Tez-tez valideynləri boşanmış uşaqlar baş verir. uşaqlar karşılaşırsanız ailə böhran ölüm öz ölümü əks səbəbiylə pisləşə bilər. Hər böhran vəziyyəti müddəti və intensivliyi insanın fərdi iradi keyfiyyətləri və onun bərpası yolları asılıdır.
Buddist böhranı
Buddist böhranı (vyet. Biến cố Phật giáo) — 1963-cü ildə Vyetnam Respublikasında (Cənubi Vyetnam) siyasi və dini gərginlik dövrü. Böhrana 8 may 1963-cü ildə Hyue şəhərinin mərkəzində buddist bayrağının qadağan edilməsinə etiraz edən 9 mülki şəxsin qətlə yetirilməsi səbəb olmuşdu. Böhran 1963-cü ilin may ayından noyabr ayına qədər davam etmişdir. Bu, Vyetnam Respublikası hökumətinin bir sıra repressiv hərəkətləri və əsasən buddist rahiblərin rəhbərlik etdiyi vətəndaş müqaviməti kampaniyası ilə xarakterizə olunmuşdur. Sayqonda 11 iyun 1963-cü ildə Hyuedən olan buddist rahibi Thit Kuanq Dık Nqo Din Zyem rejimi tərəfindən buddistlərə edilən repressiyaya etiraz olaraq ictimai formada özünü yandırmışdır. 1963-cü ilin noyabrında Vyetnam Respublikası Ordusu dövlət çevrilişi həyata keçirmiş, nəticədə prezident Nqo Din Zyem həbs edilmiş və öldürülmüşdür. Beləliklə, böhran sona çatmışdır. Joseph Buttinger. Vietnam: A Dragon Embattled.
Kərkük böhranı
2017-ci il İraq–kürd münaqişəsi, həmçinin Kərkük böhranı — İraq hökumətinin 2014-cü ildə İŞİD-in İraqın şimal ərazilərinə hücumundan sonra peşmərgənin nəzarətində olan mübahisəli əraziləri geri alması ilə nəticələnən münaqişə. Münaqişə 15 oktyabr 2017-ci ildə, 25 sentyabrda Kürdüstanın müstəqillik referendumu ilə bağlı yaranan gərginlikdən sonra başlamışdır. Peşmərgə İraq hökumət qüvvələrinə Kərkükə qayıtmaq üçün edilən çoxsaylı xəbərdarlıqlara məhəl qoymamış, İraq federal hökuməti ilə Kürdüstan Regional Hökuməti arasında gərginlik münaqişəyə çevrilmişdir. Münaqişənin bir hissəsi Kərkük uğrunda döyüş olmuşdur, burada İraq qüvvələri şəhərə nəzarəti bərpa etmişdir. Münaqişə nəticəsində İraq Kürdüstanı öz ərazisinin 20%-ni itirmişdir. İraq Kürdüstanının prezidenti Məsud Bərzani 2017-ci ilin sentyabrında İraq Kürdüstanının müstəqilliyi haqqında referendumun keçirilməsinə töhfə vermişdir. Buna görə İraqın baş naziri Heydər əl-Abadi referendumun nəticələrinin ləğvini tələb etmiş və Kürdüstan Regional Hökumətini "konstitusiya çərçivəsində" dialoqa başlamağa çağırmışdır.
Çanaqqala böhranı
Çanaqqala böhranı — 9 sentyabr 1922-ci ildə türk qüvvələrinin İzmirə girməsindən sonra, 1922-ci ilin sentyabrında ingilis və fransızların nəzarətində olan Boğazlar Neytral Bölgəsinə irəliləməsi ilə ortaya çıxan siyasi və hərbi böhrandır. Bu böhran Birləşmiş Krallığın baş naziri Devid Lloyd Corcun səlahiyyətlərini itirməsi ilə nəticələndi. Bundan əlavə, Kanada hökuməti bu böhran zamanı və ondan sonra Birləşmiş Krallıqdan diplomatik olaraq müstəqil fəaliyyət göstərməyə başladı. Bundan əlavə, bu böhran Britaniya Millətlər Birliyinə üzv olan dövlətlərin xarici siyasətdə sərbəst buraxılmasına yol açan 1931-ci il Vestminster Nizamnaməsinin formalaşmasında ən mühüm amillərdən biri oldu. Türk qüvvələri 9 sentyabr 1922-ci ildə İzmirə girdikdən sonra Çanaqqaladan başlayan neytral zonadan İstanbula doğru irəliləməyə başladı. Böyük Britaniya Nazirlər Kabineti 15 sentyabr 1922-ci ildə iclas keçirdi və Britaniya qüvvələrinin öz mövqelərini saxlaması barədə qərar qəbul etdi. Ertəsi gün xarici işlər naziri Lord Kerzonun olmadığı bir vaxtda, bəzi kabinet nazirləri Türkiyənin Sevr müqaviləsini pozduğunu əsas gətirərək İngiltərə və onun Dominionları tərəfindən Türkiyəni müharibə elan etməklə hədələdilər. Sentyabrın 18-də Fransada bu məsələni müzakirə etdikdən sonra ölkəsinə qayıdan Böyük Britaniyanın xarici işlər naziri Lord Kerzon Fransanın baş naziri Raymon Puankare tərəfindən geri çağırılıb. Sentyabrın 20-də Fransaya qayıdan Kerzona, Puankare Çanaqqaladakı fransız qoşunlarının dərhal geri çəkilməyə başladığını bildirdi və atəşkəs edilməsi üçün sərt şəkildə danladı. İngilis xalqı Çanaqqalada türklərlə yenidən döyüşə girmək istəmirdi.
Likvidlik böhranı
Likvidlik böhranı — aktivləri (müəssisənin, firmanın, bankın) bazar qiymətinə yaxın qiymətə tez sata bilməməsi, habelə öhdəliklərini və onlara qoyulan qanuni pul tələblərini vaxtında fasiləsiz ödəyə bilməməsi. Bununla belə, likvidlik böhranı ilə iflas arasında fərqlər var, çünki səhmdarlar vəsait cəlb etmək üçün əlavə xərclər çəkməyə qərar versələr, likvidlik böhranı aradan qaldırıla bilər ki, bu da adətən bankın bazar mövqeyini gücləndirir. Müxtəlif vaxtlarda Fannie Mae, Freddie Mac və Lehman Brothers daxil olmaqla, dünyanın ən böyük banklarının bir çoxu likvidlik böhranı yaşadı və sonuncu hələ də müflis oldu. "Что такое «кризис ликвидности»? / Статьи / Finance.ua". news.finance.ua. İstifadə tarixi: 2011-03-30. "Промышленные ведомости — Кризис ликвидности банков / Никита Кричевский". promved.ru. İstifadə tarixi: 2011-03-30.
Delta (maliyyə)
Korporativ maliyyə
Korporativ maliyyə (təşkilatın maliyyəsi, ing. Corporate finance) — maliyyələşmə mənbələri, korporasiyaların kapital strukturu, menecerlərin firmanın səhmdarlar üçün dəyərini artırmaq üçün gördüyü tədbirlər və maliyyə resurslarının bölüşdürülməsi üçün istifadə olunan alətlər və təhlillərlə məşğul olan maliyyə sahəsi. Amerikalı professor Stiven Rossun fikrincə, korporativ maliyyə biznes qərarları, pul vəsaitlərinin hərəkəti və firmanın səhmlərinin dəyəri arasındakı əlaqənin öyrənilməsidir. Bir sıra iqtisadçılar təşkilatın maliyyəsini təşkilatın təsərrüfat fəaliyyəti zamanı yaranan və onun pul vəsaitlərinin hərəkətinin formalaşması, bölüşdürülməsi və istifadəsi ilə bağlı olan iqtisadi münasibətlər kimi müəyyən edirlər. Korporativ maliyyənin vəzifələrindən biri təşkilatın xərclərinin davamlı olaraq pul vəsaitləri ilə təmin edilməsidir. Təşkilatın təsərrüfat fəaliyyətinin maliyyələşdirilməsinin əsas mənbəyi onun öz kapitalıdır (nizamnamə kapitalı və mənfəət). Müəssisə aparmaq xərclərinin öz dövriyyə kapitalının həcmindən müvəqqəti artıq olması ilə təşkilat borc kapitalını cəlb edir. Uzunmüddətli ehtiyacları ödəmək üçün daha tez-tez istiqrazlar və ya səhmlər buraxılır və ya uzunmüddətli kreditlər alınır. Kreditin alınması və ya səhmlərin buraxılması ilə bağlı bu cür strateji qərarlar son nəticədə təşkilatın kapitalının strukturunu müəyyən edir . Qeyd etmək lazımdır ki, mənfəətin ənənəvi mühasibat göstəricisi iqtisadi mənfəət yaratmaq üçün istifadə olunan kapitalın cəlb edilməsi ilə bağlı fürsət xərclərini, həmçinin əlavə dəyər yaratmaq, dövriyyə vəsaitlərinin həcminə, kapital qoyuluşlarına nəzarət etmək üçün zəruri olan artımı nəzərə almır, lakin əsas vəsaitlərin və qeyri-maddi aktivlərin köhnəlməsi kimi qeyri-monetar göstəricini nəzərə alır, ona görə də bəzi maliyyə mütəxəssisləri şirkətin fəaliyyətinin əsas göstəricisi kimi gözlənilən diskontlaşdırılmış pul vəsaitlərinin hərəkətini seçirlər.
Maliyyə Nazirliyi
Azərbaycan Respublikası Maliyyə Nazirliyi – Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanı. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edilən zaman yaradılmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 09 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir. Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlanması və həyata keçirilməsi Dövlət maliyyəsinin idarə olunmasının təşkil edilməsi Dövlət və icmal büdcələrin layihələrinin hazırlanması Dövlət büdcəsinin kassa icrasının təmin edilməsi Dövlət borcunun idarə edilməsi Mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsi Dövlət büdcəsi vəsaitindən istifadə Dövlət Xəzinədarlığı Agentliyi, Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi Dövlət Maliyyə Nəzarəti Xidməti Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi Maliyyə Elm-Tədris Mərkəzi Məlumat-Hesablama Mərkəzi "Maliyyə və uçot jurnalı redaksiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti SSRİ Maliyyə Nazirliyinin "Maliyyə orqanlarının işçiləri üçün qısamüddətli kursların və iqtisadi seminarların təşkili haqqında" 09 fevral 1968-ci il tarixli 36 saylı məktubuna uyğun olaraq, Azərbaycan SSR Maliyə Nazirliyinin 31 mart 1968-ci il tarixli A-13 saylı əmri ilə Azərbaycan SSR Maliyyə Nazirliyinin Maliyyə sistemi işçilərinin daimi fəaliyyət göstərən təkmilləşdirmə kursu yaradılmış və həmin dövrdən fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 30 sentyabr 1996-cı il tarixli 66 saylı əmri ilə "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə sistemi işçilərinin daimi fəaliyyət göstərən təkmilləşdirmə kursu" "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İxtisasartırma Kursu adlandırılmışdır". Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 91 saylı qərarı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İxtisasartırma Kursunun bazasında Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi yaradılmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) Maliyyə Nazirliyinin 30 dekabr 1977-ci il № 716 əmrinə əsasən təşkil edilib və Respublika Dövlət müəssisəsi hesab edilir.1990-cı ilin yanvar ayından Maliyyə Nazirliyinin nəzdində tam təsərrüfat hesablı müəssisə kimi fəaliyyətə başlayıb.
Maliyyə Proqramlaşması
Maliyyə analizi
Maliyyə analizi — (maliyyə hesabatının təhlili, mühasibat təhlili və ya maliyyənin təhlili kimi də istinad edilir) biznesin, sub-biznesin və yaxud layihənin həyat qabiliyyətinin, sabitliyinin və gəlirliliyinin qiymətləndirilməsinə aiddir. Bu, maliyyə hesabatlarından və başqa hesabatlardan alınan məlumatlardan istifadə edən əmsallar və başqa metodlardan istifadə edərək hesabat hazırlayan mütəxəssislər tərəfindən həyata keçirilir. Adətən bu hesabatlar biznes qərarlarının qəbul edilməsində əsaslardan biri kimi yuxarı rəhbərliyə təqdim olunur. Maliyyə analizi müəssisənin aşağıdakıları edə biləcəyini müəyyən edə bilər: Əsas fəaliyyətinizi və yaxud fəaliyyətinizin bir hissəsini davam etdirmək və ya tam əksinə dayandırmaq; Öz məhsulunu hazırlamaq üçün müəyyən materiallar istehsal etmək və yaxud əldə etmək; Öz mallarınızın istehsalında müəyyən maşın və avadanlıqları əldə etmək və yaxud icarəyə vermək; Səhmləri buraxmaq və yaxud dövriyyə kapitalının artırılması üçün bank krediti haqqında danışıqlar aparmaq; İnvestisiya və yaxud kredit kapitalı ilə əlaqəli qərarlar qəbul etmək; Rəhbərliyə öz biznesinin həyata keçirilməsində müxtəlif alternativlər üzrə məlumatlı seçim etməyə imkan verən digər qərarlar qəbul etmək; Maliyyə analitikləri tez-tez şirkətinin elementlərini aşağıdakı kimi qiymətləndirlər: Gəlirlilik – həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə gəlir əldə etmək və artımı saxlamaq qabiliyyətidir. Adətən, şirkətin gəlirlilik dərəcəsi şirkətin fəaliyyət nəticələri haqqında hesabat verən mənfəət və zərər hesabatına əsaslanır; Ödəmə qabiliyyəti – uzunmüddətli perspektivdə kreditorlar və başqa üçüncü şəxslər qarşısında öhdəliklərini ödəmək qabiliyyətidir; Likvidlik – təcili öhdəliklərin yerinə yetirilməsi zamanı müsbət pul axınını dəstəkləmək bacarığıdır; Stabillik – firmanın və yaxud şirkətin öz fəaliyyətini həyata keçirərkən əhəmiyyətli itkilərə məruz qalmadan, uzunmüddətli perspektivdə biznesdə qalmaq qabiliyyətidir. Şirkətin sabitliyinin qiymətləndirilməsi həm mənfəət və zərər hesabatının, həm də mühasibat balansının, həmçinin, başqa maliyyə və qeyri-maliyyə göstəricilərinin istifadəsini tələb edir. Həm ikinci, həm də üçüncü verilmiş şərtlər mühasibat balansına əsaslanır ki, bu da müəyyən bir vaxtda biznesin maliyyə vəziyyətini göstərir. Maliyyə analitikləri tez-tez maliyyə göstəricilərini (ödəmə qabiliyyəti, gəlirlilik, artım və s.) müqayisə edirlər: Keçmiş göstəricilər – eyni şirkət üçün tarixi dövrlər üçün (məsələn, son 5 il ərzində) Gələcək göstəricilər – Tarixi şəxsiyyətlərdən və müəyyən riyazi və statistik üsullardan, o cümlədən indiki və gələcək dəyərlərdən istifadə etmək yolu ilə, bu ekstrapolyasiya üsulu maliyyə təhlilində səhvlərin əsas mənbəyidir, çünki keçmiş statistik məlumatlar gələcək perspektivlərin zəif proqnozlaşdırıcıları ola bilər. Müqayisəli göstəricilər – oxşar şirkətlər arasında müqayisə Maliyyə əmsallarının müqayisəsi maliyyə analizinin aparılmasının yalnız bir üsuludur. Maliyyə analitikləri faiz analizindən də istifadə edə bilərlər ki, bu da bir sıra rəqəmlərin bir baza məbləğindən faizlə azaldılmasını nəzərdə tuturdu.